Bakı kəndləri birinciliyində iki günə 400 cüdoçu yarışdı - FOTO

Bakı kəndləri birinciliyində iki günə 400 cüdoçu yarışdı - FOTO
15 2024 09:32

Cüdo üzrə Bakı kəndləri birinciliyinin qaliblərininə Bakı Abadlıq Xidməti tərəfindən Azərbaycan istehsalı olan, keyfiyyətinə görə son illər gənclər arasında çox populyarlaşan “İSMA BİKES” velosipedləri və pul mükafatları təqdim olunub.

13-14 aprel tarixlərindəkeçirilən  cüdo üzrə U-13 kiçik yaşlı yeniyetmələr arasında Bakı kəndləri birinciliyi  başa çatıb.

Gənclər və İdman Nazirliyi, Bakı Abadlıq Xidməti və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan yarışa Bakı kəndlərinin müxtəlif klub, cəmiyyət və idman təşkilatından 400-ə yaxın cüdoçu qatılıb.

Turnirin hər iki günündə iştirakçılar yüksək performans nümayiş etdiriblər.

Yarışda qızlar və oğlanlar arasında 20 çəki dərəcəsində qaliblər bəlli olub.

Qalib idmançılar medallar və pul mükafatı ilə təltif edilib. Birincilik qazanmış 20 cüdoçuya BAX tərəfindən, əlavə olaraq, İsmayıllı Velosiped Zavodunun istehsalı -  müasir, yüksək keyfiyyətli velosipedlər hədiyyə edilib. Belə ki, yarışda seçilmiş idmançılar yerli velosiped brendinin ən gözəl nümunələrini qazanmaqla, həm də Bakı kəndlərində sağlam həyat tərzinin təbliğatçılarına çevriləcəklər. 

Bakı Abadlıq Xidmətindən bildirilib ki, birinciliyin keçirilməsində məqsəd Bakı kəndlərində cüdo idman növünün təbliği və inkişaf etdirilməsi, yeniyetmələrin sağlam həyat tərzinə cəlb edilməsi, perspektivli cüdoçuların müəyyən olunmasından ibarətdir.

Qeyd edək ki, Bakı Abadlıq Xidməti Bakı kəndlərində yeniyetmələrin idmana cəlb edilməsi məqsədilə mütəmadi yarışlar təşkil edir.

Belə yarışlardan biri də BAX-ın Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi Bakı kənd və qəsəbələrinin uşaqları arasında minifutbol turniridir.

Hazırda davam edən turnirdə 32 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət futbol komandaları 8 qrupda mübarizə aparır. Böyük marağa səbəb olan turnirin final oyunu 9 mayda keçiriləcək.

 


29 Apr 2024
İdman

Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar

Azərbaycanın çimərlik voleybolu üzrə qızlardan və oğlanlardan ibarət U-18 yığmaları Türkiyədə təlim-məşq toplanışı keçəcəklər.

29 Apr 2024
İdman

Azərbaycan şahmatçısı Avropa çempionu olub

Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyeva Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatının qalibi olub.

29 Apr 2024
İdman

Azərbaycan şahmatçısı Almaniya çempionu olub

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniya Bundesliqasının qalibi olub.

29 Apr 2024
İdman

Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb - FOTO

Azərbaycanın iki bədii gimnastı Serbiyanın paytaxtı Belqradda keçirilən “Ritam Cup” beynəlxalq turnirində beş medal qazanıb.

29 Apr 2024
İdman

Azərbaycan cüdo üzrə Avropa çempionatında tarixi qələbəyə imza atıb

Azərbaycanın cüdo üzrə milli yığması aprelin 25-dən 27-dək Zaqrebdə keçirilən Avropa çempionatında iki qızıl və bir gümüş medal qazanaraq bu günə qədər ən yaxşı nəticəni əldə edib (1993-cü ildən bəri).